
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Luis Dias fərqləndirilib.
"Bayern Münhen"in hücumçusu Kolumbiyanın qələbə qazandığı matçda rəqibi təzyiqdə saxlayıb, sabit performansla diqqət çəkib.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Nihat