
DÇ-2026-nın 1/16 final mərhələsində Kabo Verde yığmasını mübarizədən kənarlaşdıran (3:2) Argentina millisinin baş məşqçisi Lionel Skaloni qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Çox çətin oyun oldu. Həmişə müsbət məqamları görməyə çalışmalıyıq. Bu komanda heç vaxt təslim olmur. Rəqibimizi də təbrik etməliyəm. Bu gün Kabo Verde çox güclü komanda olduğunu isbatladı. Hər iki tərəf oyunun sonunda çox yorulmuşdu, çünki hamı sonadək döyüşdü".
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Nihat