
Bu gün DÇ-2026-da 1/8 final mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, Hyuston stadionunda Kanada millisi Mərakeşlə qarşılaşacaq.
Digər qarşılaşma isə iyulun 5-də, Filadelfiya stadionunda Paraqvay və Fransa yığmaları arasında keçiriləcək.
DÇ-2026
1/8 final
4 iyul
21:00. Kanada - Mərakeş
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hyuston stadionu
5 iyul
01:00. Paraqvay - Fransa
Baş hakim: İlgiz Tantaşev (Özbəkistan).
Filadelfiya stadionu
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Nihat