
Dünya çempionatında bəzi favorit və ev sahibi komandaların turnirlə vaxtından əvvəl vidalaşması bilet bazarına inanılmaz dərəcədə mənfi təsir göstərib.
Fanat.Az nüfuzlu "Forbes" nəşrinə istinadən xəbər verir ki, cümə günü Belçika və İspaniya arasında keçiriləcək dünya çempionatının 1/4 final mərhələsinin bilet qiymətləri təxminən 60% ucuzlaşıb.
Buna əsas səbəb kimi ev sahibi olan ABŞ millisinin və Kriştianu Ronaldunun çıxış etdiyi Portuqaliyanın turnirdən kənarlaşdırılması göstərilir.
Məhz həm ev sahibi ölkənin, həm də portuqaliyalı superulduzun yoxluğu bilet bazarına böyük zərbə vurub və qiymətlərin kəskin şəkildə aşağı yuvarlanmasına səbəb olub.