
"Çelsi"nin cinah hücumçusu Cessi Derri karyerasını Portuqaliyada davam etdirəcək.
Fanat.Az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna qədər "Sportinq"ə icarəyə göndərilib.
Müqavilədə satınalma bəndi yoxdur və spzügedən futbolçu mövsümün sonunda İngiltərə nəhənginə qayıdacaq.
Derri bu yay "Çelsi" ilə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Ötən mövsüm "zadəganlar"ın əsas komandasının heyətində 6 oyuna çıxan vinger bu görüşlərdə qol vura bilməyib.
Əlisahib İbrahimli