
Son günlər sosial şəbəkələrdə "Neftçi" rəhbərliyi haqqında tənqidi statuslar yazan fotoqraf Rüstəm Hacıyev AFFA-dakı işini itirib.
Sport7.az xəbər verir ki, işdən ayrılması barədə Hacıyev öz "facebook" hesabında yazıb. Bir-neçə ildir ki, AFFA-da fotoqraf vəzifəsində çalışan Rüstəm "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin oğludur. O, məhz atası "Neftçi"də çalışarkən AFFA-yla əməkdaşlığa başlamışdı. Ötən həftə "Neftçi" fanatınının həbsinə sərt reaksiya göstərən Rüstəm öz səhifəsində "Nurlanı azarkeş kimi danmaq, inkar etmək şərəfsizlikdir!" yazmışdı. Daha sonra "Neftçi"nin "San-Siro" stadionunda çəkilmiş şəklini paylaşan Hacıyev "Nə günlərə qoydular səni?" deyə sual etmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Böyükağa Hacıyevin özü də "Neftçi"nin gününü ağlayan lazımdı" demiş, komandanın mövsümün sonunda elitanı tərk edəcəyinə işarə vurmuşdu. Bu gedişlə Böyükağa bəyin də AFFA-nın Məşqşçilər Komitəsindən uzaqlaşdırılacağı istisna deyil.
Fanat.az