
AFFA AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu cəzalandırıb. Fanat.az xəbər verir ki, 1000 manat cərimə olunan mütəxəssis IV turun oyununu texniki zonadan izləyə bilməyəcək.
Buna səbəb Əhmədovun "Qarabağ"la matçın 82-ci dəqiqəsində hakimə qarşı emosional şəkildə etiraz etdiyindən texniki zonadan kənarlaşdırılması olub.
Fanat.az