15:19 01.12.2016 916

Eyni valın həmən üzü

Əli Sahib


Əvvəldən başlayaq! 


Başlasaq görərik ki, elə əvvəl də indiki kimi olub. Eyni valın həmən üzü. Xatırlayırsınızsa, Sadıq Sadıqovlu “Neftçi”nin dövründən bu yana, çempion olmaq istəyən komanda hakimlərə təzyiq, AFFA və ya PFL-ə mesajlar verir. “Neftçi”nin bu bəyanatlarının dəfələrlə şahidi olmuşuq. 


Elə “Qarabağ” rəsmilərinin də etirazını eşitmişik. İndi də “Qəbələ”nin. Söhbət təkcə bu üç klubdan  getmir. Yazdıqlarımın yerinə zaman-zaman çempionluğa iddialı ixtiyari klubun adını yaza bilərsiniz. Söhbət adlardan getmir e, məsələ bəyanatların eyni olmasındadı. Məsələ heç bunda da deyil. Həmin klublar növbəti və ya həmin ili çempion olublar. Dərd ondadır ki, zaman-zaman, palaz-palaz bəyanat, mesaj verən klublar birbaşa olmasa da, əlaltıları vasitəsi ilə mətbuatı laqeydlikdə, digər kluba yarınmaqda ittiham edib. Çox qəliz danışdım? Sadələşdirək...


Tofiq Bəhramov adına Respublika stadionunda dava düşüb. Bir futbolçu döyülüb. Klub rəsmisi dərhal jurnalistləri yığıb futbolçunun vəziyyətini göstərib danışırdı. Jurnalistlə klub rəsmisinin kiçik dialoqu:


Klub rəsmisi: Belə olmaz, bu cür Azərbaycan futbolu inkişaf etməz. Bu məsələ belə qalmayacaq. Siz də gördünüz, şahidsiniz......

Jurnalist: Bəy, kim vurdu?

Klub rəsmisi: Siz görmədiz?

Jurnalist: Gördüm, bəs siz görmədiz?   

Klub rəsmisi: Mən də gördüm.

Jurnalist: Deyindəə kimin vurduğunu, adını çəkin...

Klub rəsmisi: Ad çəkmirəm! Gördünüzdəə  yazın...


Hə, əvvəldən bu günə kimi vəziyyət belədi. Nə “Neftçi” açıq-aşkar “Qarabağ”ı çempion etmək istəyirlər" dedi, nə də “Qarabağ” tərəfi “Neftçi”ni hakimlər dartır" söylədi. Hər ikisi hakimləri və PFL-i hədəf göstərdi. Demirəm hədəf yalnışdı, amma, açıq danışmadılar heç vaxt. Yadda qalan mətbuat katiblərinin sosial şəbəkədə atışması və orda həqiqətə yaxın nəsə demələri idi.


İndi də əvvəlki kimi deyilmi? 


Nəzərinizə, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun dünənki müsahibəsindən sitat:


- Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?


- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.


Fariz müəllim sübut yoxdu deyir. Jurnalistin dediklərinə inanmır. Vəssalam!!!


İndi keçək sosial şəbəkəyə...


Bu tip “qırğınlarda” mətbuatı qınayanlar çox olub. Əsasən də sosial şəbəkələrdə. Azarkeş və yaxud azarkeşkimilər klub rəsmilərinin yazdığı statusların altından ağızlarına gələni mətbuatın ünvanına yazırlar. Azarkeşdi, eybi yox. Amma elələri var ki... Guya jurnalistdi, həm də, guya ağıllıdı. Özünü gözə və yaxud marağında olduğu alternativ yerə soxmaqla ağıl, savad, etika, jurnalistika dərsi keçməyə çalışması, insanın nitqini qurudur. Onlara da “eybi yox” deyib keçmədən öncə qulaqlarından tutub yazını oxumağı rica edirəm. 


Tamam, “Jurnalist cəmiyyətin itidi” dedik, “qapı itidi” demədik ki, kim gəldi “fu” edib kiminsə üstünə göndərsin.


Hörmətsiz ağzı və ağlı göyçəklər, qalstuklu eşşəklər, mediaya dərs keçib birtərəfli işləməkdə suçlayanlar, “Qəbələ” rəsmiləri PFL və hakimlikdən başqa ad çəkmir. Desinlər ki, “Qarabağ”ı çempionluğa aparırlar” onu da yazaq. Şəxsən mənim üçün heç bir fərqi yoxdu. Amma, onların demək istəyib, deyə bilmədiklərini mən niyə deməliyəm? Düz demirəm?

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

Facebookdan bizi izləməyi unutmayın.
X