
Tovuz şəhər stadionunun işıqlandırma sisteminin quraşdırılması başa çatıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Turan Tovuz"un mətbuat xidməti yayıb.
Müasir standartlara cavab verən sistemin son sınaqlardan uğurla keçdiyi bildirilib. Misli Premyer Liqasının X turunun "Turan Tovuz" - "Qarabağ" oyunu süni işıqlandırma ilə keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, daha öncə "Kəpəz"in də ev oyunlarına Tovuzda çıxacağı bəlli olub.