
"Real Madrid" İspaniya La Liqasında yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi buna çempionatın 24-cü turda "Real Sosyedad"ı darmadağın etdikləri (4:1) oyunda nail olub.
İspaniya nəhəngi qollardan ikisini penaltidən vurub.
"Real" bu mövsüm 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib ki, bu da La Liqada yeni rekorddur.
Daha öncə "Barselona" 1950/1951 və 2015/2016 mövsümlərində 12 penalti vurub.
Nihat