
"Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsində əzəli rəqibi "Liverpul"un ulduz yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatmaq üçün inanılmaz bir addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Daily Star"ın yaydığı məlumata görə, "qırmızı şeytanlar" argentinalı dünya çempionunun "Enfild"dəki qeyri-müəyyən gələcəyini yaxından izləyir və onun üçün rəsmi təklif hazırlayır.
Hazırda 27 yaşı olan və "Liverpul" ilə 2028-ci ilə qədər müqaviləsi olan futbolçunun bu mövsüm gözlənilən performansı göstərə bilməməsi ayrılıq iddialarını daha da gücləndirib.
Əgər bu transfer baş tutarsa, 1964-cü ildən bəri iki əzəli rəqib arasında birbaşa reallaşan ilk keçid kimi futbol tarixinə düşəcək.