
"Mançester Yunayted" "Bayern Münhen"in qol maşını Harri Keyni heyətinə qatmaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, "Football Insider"in məlumatına görə, ingiltərəli hücumçu mövsümün sonunda "Bayern"lə vacib müqavilə danışıqlarına başlayacaq.
"Mançester Yunayted" danışıqlarda yarana biləcək hər hansı problemdən yararlanmaq üçün pusquda gözləyir.
Alman klubu hazırda sakitliyini qorusa da, Mançester təmsilçisi Keyn üçün fürsət yaranacağı təqdirdə bunu qaçırmaq istəmir.