
"Real Madrid" azarkeşləri fransalı hücumçu Kilian Mbappenin komandadan getməsi üçün imzatoplama kampaniyasına başlayıblar.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, 1 saat ərzində 70 mindən çox fanat sözügedən forvardın "kral klubu"nda qalmasını istəmədiyini imzası ilə təsdiqləyib.
Sosial şəbəkələrdə Mbappeyə qarşı yönəlmiş mesajlar da "göz oxşayır". Ön xətt oyunçusunun üzərinə "FUERA" (ispan dilindən tərcümədə "rədd ol" mənasını verir - red.) yazılmış şəkilləri paylaşılır, onun "Real"a layiq olmadığı bildirilir.
Xatırladaq ki, Kilian cari mövsüm üzləşdiyi zədələrə və meydandankənar qalmaqallara rəğmən, paytaxt komandasının heyətində bütün turnirlərdə 41 matça çıxaraq 41 qol vurub.
Nihat