
İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Çelsi" yay transfer pəncərəsində dünya futbolunda böyük əks-səda doğuracaq bir əməliyyata start verməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London təmsilçisi İspaniyanın "Barselona" klubunun ulduz yarımmüdafiəçisi Fermin Lopesi rəsmi olaraq heyətinə qatmaq üçün hərəkətə keçib.
Məşhur "Teamtalk" portalının yaydığı eksklüziv məlumata əsasən, "göylər" 23 yaşlı ispaniyalı istedadı transfer etmək məqsədilə Kataloniya klubuna tam 100 milyon avro dəyərində rəsmi və rekord bir təklif göndərməyi planlaşdırır.
Ötən yay transfer pəncərəsinin son günlərində Fermin Lopes üçün "Barselona"ya 40 milyon avroluq təklif göndərən, lakin rədd cavabı alan London təmsilçisi, bu dəfə maliyyə təzyiqini maksimuma çatdıraraq keçidi mütləq şəkildə bitirmək niyyətindədir.