
"Barselona" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.
"Blauqrana" Belçikanın "Brügge" klubunun 18 yaşlı vingeri Cessi Bisivu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Tanınmış insayder Fabritsio Romano bu keçidin İspaniya nəhənginə 8,5 milyon avroya başa gəldiyini, "Brügge"nin sözügedən oyunçunun növbəti satışından əldə olunacaq gəlirin 20 faizinə sahib çıxacağını açıqlayıb.
Bisivu ötən mövsüm Belçıka komandasının heyətində 23 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul