
"Mançester Siti" rəhbərliyi və məşqçilər korpusu komandanın yarımmüdafiəçisi Niko Qonzaleslə bağlı yekun qərarını verib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, ingilis klubu futbolçuya cari transfer pəncərəsində özünə yeni komanda tapmaq üçün icazə verib.
Rəhbərlik 22 yaşlı yarımmüdafiəçi üçün gələcək rəsmi təklifləri dəyərləndirməyə tam hazırdır.
Futbolçu ilə bir neçə Avropa klubunun maraqlandığı vurğulanır.