
İtaliyanın "Fiorentina" klubu "Everton"un hücumçusu Betonu transfer siyahısına əlavə edib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Florensiya təmsilçisi Moise Kin "Komo"ya keçəcəyi təqdirdə hücum xəttini Beto ilə gücləndirməyi planlaşdırır.
Əvvəllər "Udineze"də çıxış etmiş təcrübəli forvard A Seriyasına qayıtmağa müsbət yanaşır.
Transferin taleyi Kinin komandadan ayrılmasından asılı olacaq.