
"Liverpul"un təcrübəli kapitanı Virgil van Deyk gələn yay azad agent statusu ilə "Barselona"ya keçmək variantını təklif edib.
Fanat.Az "ElNacional.cat" nəşrinə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi 2027-ci ilin iyununda müqaviləsi başa çatdıqdan sonra karyerasını La Liqada davam etdirməkdə maraqlıdır.
Lakin Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik bu transfer ehtimalına şübhə ilə yanaşır və rəhbərlikdən müdafiə xəttinə daha gənc futbolçuların gətirilməsini tələb edir.
Təcrübəli stoperin karyerasını harada davam etdirəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.