Arda Turan karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. Fanat.Az xəbər verir ki, türk futbolçu yenidən "Arsenal”ın maraq dairəsinə düşüb.
Ən geci mövsümün sonunda Məsut Özilin gedəcəyini nəzərə alan "topçular” bu boşluğu məhz Arda ilə doldurmaq niyyətindədilər. Baş məşqçi Arsen Venger rəhbərlikdən çoxdandı gündəmində olan 31 yaşlı oyunçunun qış fasiləsində alınmasını tələb edib. "Monako” və "Beşiktaş”dan da təklif alan Arda özü isə oynamaq şansı qazanmadığı üçün yanvarda "Barselona”dan ayrılmaq qərarına gəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol