"Tottenhem"in portuqaliyalı baş məşqçisi Nunu Eşpiritu Santunun (Nuno Espirito Santo) futbolçularla münasibətinin pozulduğu iddia olunur.
Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi Den Kilpatrikin "Twitter" səhifəsində yazıb.
Xəbərə görə, Harri Uinks (Harry Winks) və Dele Alli formada olmaqlarına baxmayaraq baş məşqçinin şəxsi qərəzi səbəbindən EFL kuboku uğrunda "Börnli" ilə matçda iştirak etməyəcəklər. Hər iki futbolçunun klubdakı gələcəyi şübhə altındadır.
Qeyd edək ki, bir müddət öncə Harri Uinks qış "transfer pəncərəsi"ndə "Tottenhem"i tərk edəcəyini bildirmişdi.
Emin Şəmsiyev