
Futbol üzrə Bolqarıstan yığmasının futbolçuları qəzaya uğrayıb.
Fanat.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə Gürcüstanın paytaxtında baş verib.
İki avtobusla hava limanından otelə gedərkən baş verib.
Bolqarıstan millisinin yarımmüdafiəçisi Todor Nedelev sınmış şüşə qırıntıları ndan başından ağır yaralanıb.
Xatırladaq ki, sabah UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan millisi öz meydanında Bolqarıstan seçməsini qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Emin