
"Real Madrid" braziliyalı müdafiəçisi Marselonun klubdan ayrıldığını açıqlayıb.
Fanat.Az İspaniya təmsilçisinin saytına istinadən xəbər verir kİ, müqaviləsinin müddəti başa çatan "sambaçı"ya yeni anlaşma təklif olunmayıb.
Sabah 34 yaşlı cənubi amerikalı futbolçu ilə vida mərasimi keçiriləcək.
Paytaxt təmsilçisi ilə 23 kubok qazanan Marselo 18 yaşından "Real"da çıxış edirdi.
Nihat