
"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç sabah, iyunun 13-də "Roma" üçün tibbi müayinədən keçəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə 33 yaşlı Matiçin heyətə qatılmasında "canavarlar"ın baş məşqçisi Joze Mourinyunun şəxsən maraqlı olduğunu, azad agent statusu daşıyan serb futbolçunun "1+1" sxemi üzrə müqavilə imzalayacağını vurğulayıb.
Matiç MY-yə 2017-ci ildə "Çelsi"dən keçib. "Qırmızı şeytanlar"ın sıralarında olduğu müddətdə 189 oyuna çıxan Nemanya 4 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat