
Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə qarşılaşıb.
FİFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə Qazaxıstan təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.
İlkin mərhələnin digər qrupunda cəmi iki komanda - Azərbaycan çempionu “Cəbrayıl” və Belarusun “Kolos” komandaları mübarizə aparır. Bu komandaların ilk oyununda “Kolos” 2:1 hesablı qələbəyə sevinib. Cavab görüşü sabah keçiriləcək.
UEFA Region Kuboku
İlkin mərhələ, 1-ci qrup
25 iyun
Tallinna Zapoos – Kaskelen 0:5
Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya)
Dördüncü hakim: David Smayc (Sloveniya)
ASK Arena. Saat 16:00.
Qeyd edək ki, Azərbaycanda təşkil olunmuş ilkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda baş tutacaq final matçında müəyyənləşəcək.