"Barselona"nın baş məşqçisi Xavi rəhbərliyi altında çıxış edən Usman Dembeleni PSJ-nin superulduzu Neymarla müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Usman xoşbəxtdir və hazırda oynadığı futboldan zövq alır. Bu, həm mən, həm də komanda üçün çox vacibdir. Dembele karyerasının yaxşı dönəmini yaşadığını verdiyi ötürmələrlə, vurduğu qollarla isbatlayır. Tərif yağdırmaq istəmirəm, amma deyim ki, o, hazırda Neymar səviyyəsində oynayır. Sadəcə, bir qədər də sərt oynamalı, qapıya daha çox zərbələr endirməli, daha çox qollar vurmalıdır".
Qeyd edək ki, Dembele Çempionlar Liqasının 1-ci turu çərçivəsində baş tutan matçda - "Viktoriya" ilə görüşdə komandasının reallaşdırdığı darmadağına (5:1) iki qol ötürməsi ilə töhfə verib.
Nihat