20:50 06.10.2022 760

Gürcü hücumçu sevgilisini döyüb bu hala saldı - FOTO

Rusiyanın "Baltika" klubunun hücumçusu Qoça Qoqriçaninin sevgilisi Kritina Kuddus futbolçu tərəfindən döyüldüyünü açıqlayıb.

Fanat.Az xəbər verir ki, Kuddus "İlyevlə MFL" adlanan "Telegram" kanalına belə danışıb:

"Onu insan adlandıra bilmərəm. Məni bir yox, bir neçə dəfə fiziki şiddətə məruz qoyub. Sonuncu isə bütün sərhədləri aşmış hərəkət idi. Daha susmaq fikrində deyiləm. O, mənim burnumu sındırıb. Özü də qəsdən edib. Çünki əməliyyatdan çıxmışdım. Məni boğur, hədələyir, bədənimin bütün nahiyələrinə var gücü ilə zərbələr endirirdi. Özünüz deyin, bu, idmançı üçün rüsvayçılıq deyilmi?

Klub rəhbərliyi onun hərəkətlərini ört-basdır etməyə çalışır ki, rezonans doğurmasın. Adekvat insanlar bunu necə edə bilər axı? Xəstəxanadan çıxandan sonra mənə zəng vurdu, evə qayıdıb normal danışa biləcəyimizi dedi. Həm də evdəki itimizi klinikaya aparmaq lazım olduğunu söylədi. Ancaq qayıdanda ikinci dəfə üstümə hücum çəkdi. Yenidən burnumu qanatdı... Polis çağırmağa imkan tapdım. Video çəkmək, vəziyyəti məni tanıyanlara çatdırmaq istəyirdim. Qoça baş verənləri sosial şəbəkələrdə açıqlaya, dostlarıma zəng vura bilməyim deyə telefonumu da sındırdı.

Yad şəhərdə tam əlaqəsiz qaldım. Əlaqə saxlaya biləcəyim bir nömrə də bilmirdim... Hamısı telefonun yaddaşında idi... Mən ona yalnız sevgili yox, həm də qidalanmasını, fərdi çalışmalarını nəzarətdə saxlayan şəxsi məşqçi və agent də olmuşam. "Baltika"nın mətbuat katibi Aleksandr Strokla yazışmalarımızı saxlamışam. Qoçi məni axmaq yerinə qoyur, ətrafındakılara hər şeyin təsadüfən alındığını deyir. Necə yəni təsadüfən? Adam münasibətdə olduğu qadını təsadüfən bu hala sala bilərmi? "Baltika"nın guya onu cəzalandıracağını deyirdilər. Cəzalandırdılarmı? Xeyr! Əksinə, komandada bu barədə danışmağı yasaqlayıblar. Qruplara yazılan şərhləri də silirlər. xahiş edirəm, ədalətə nail olmağıma yardım edin".

Qeyd edək ki, hadisə ictimailəşəndən sonra "Baltika" Moskva MOİK-inin 22 yaşlı yetirməsini heyətdən kənarlaşdırıb.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X