
Azərbaycanın MMA döyüşçüsü Asəf Çopurov "UAE Warriors" turnirində növbəti parlaq qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Ris Maklaren ilə qarşılaşmada "bantamweight" (xoruz çəki) üzrə çempionluq kəmərini uğurla qoruyub.
Gecənin əsas döyüşündə rəqibini elə ilk raunddaca nokaut edən Asəf möhtəşəm nəticəyə imza atıb.
Bu qələbə ilə peşəkar karyerasındakı yenilməzlik seriyasını 11-0-a çatdıran idmançımız növbəti dəfə ölkəmizin adını yüksəklərə qaldırıb.
Kamil Xudiyev