
Azərbaycanın tanınmış MMA döyüşçüsü Tofiq Musayev növbəti qarşılaşmasında növbəti parlaq qələbəsinə imza atıb.
Fanat.Az xəbər verir ki, həmyerlimiz Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada Musayev ikinci raundda üstünlüyünü tam ələ alaraq rəqibini texniki nokautla məğlub edib.
Bu vacib zəfərdən sonra təcrübəli döyüşçümüz öz dərəcəsindəki reytinq mövqeyini daha da möhkəmləndirib.
Xatırladaq ki, bu qarşılaşma Tofiq Musayevin UFC karyerasında üçüncü döyüşü idi. O, 2025-ci ilin iyununda Bakıda baş tutan debüt görüşündə Mıktıbek Orolbaya məğlub olmuş, 2026-cı il martın 28-də isə İqnasio Bahamondes üzərində qələbə qazanaraq UFC-də ilk uğuruna imza atmışdı.
Kamil Xudiyev