
UEFA Çempionlar Liqasənən Liqa mərhələsində ilk tura bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, raundun son turunda 6 oyun keçirilib.
Türkiyə nəhəngi "Fənərbağça" evdə "Roma"nı qonaq edib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Türkiyəli məşqçi Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" isə Niderlandda PSV ilə üz-üzə gəlib. Bu matçda da qalib müəyyənləşməyib.
Bundan başqa, "Bayern Münhen" "Budyo-Qlimt"i, "Lans" "Slaviya"nı, "Komo" isə "Leypsiq"i məğlub edib.
Qeyd edək ki, Liqa mərhələsində 2-ci tur oktyabrın 13-14-də baş tutacaq. "Sabah" növbəti oyununu ayın 13-də evdə Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcək. Praqalılarla görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
Fənərbağça (Türkiyə) - Roma (İtaliya) 1:1
PSV (Niderland) - Şaxtyor Donetsk (Ukrayna) 1:1
Slaviya (Çexiya) – Lans (Fransa) 2:3
Komo (İtaliya) – Leypsiq (Almaniya) 4:1
Bayern Münhen (Almaniya) - Budyo-Qlimt (Norveç) 5:0
Mançester Yunayted (İngiltərə) - Sabah (Azərbaycan) 4:0