23:51 05.07.2022 1611

“Lex" sindromu” qırılmadı: "Qarabağ" ÇL-ə məğlubiyyətlə başladı

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə start verilib. 

Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ" da avrokubok mövsümündə ilk sınağına çıxıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Polşanın "Lex" klubunun qonağı olub.

Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qola 40-ci dəqiqədə "Lex"in kapitanı Mikael İshak imza atıb.

Qeyd edək ki, bir əsrlik yaşı olan, konkret, bu il 100 illiyini qeyd edən Poznan klubu səkkizqat ölkə çempionu və Polşa Kubokunun beşqat qalibidir. "Lex" bu oyunadək Azərbaycan klubları ilə 4 dəfə qarşılaşıb. İlk dəfə 2005-ci ildə UEFA İntertoto Kubokunda "Karvan"la münasibətlərinə aydınlıq gətirən polşalılar hər iki görüşdə qalib gəlib (2:1, 2:0). 

2008/2009 mövsümündə UEFA Kubokunun I mərhələsində "Xəzər Lənkəran"a rəqib olan "Lex" yenə bizimkiləri çətinlik çəkmədən üstələyib - 1:0, 4:1. Poznan təmsilçisinin Azərbaycan klubları ilə yolu üçüncü dəfə 2010-cu ildə kəsişib. Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"lə (hazırki "Şamaxı") qarşılaşan Polşa klubu Bakıdakı ilk matçda 1:0 qalib gəlməsinə baxmayaraq, öz meydanında eyni hesabla uduzub. Əlavə vaxtda da qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Təəssüf ki, "Lex" "lotoreya"da bakılıları 9:8 üstələyərək mərhələni adlayan tərəf olub. 

Polşa çempionunun Azərbaycan təmsilçiləri ilə növbəti dueli yenə "Xəzər Lənkəran"a qarşı olub. 2012-ci ildə Avropa Liqasının II təsnifat mərhələsində iki görüşün yekununda sevinən tərəf poznanlılar olub - 1:1, 1:0. 

Ancaq "Qarabağ" "Lex"lə 5-ci cəhddə bu komanda ilə görüşlərdəki uğursuzluğa son verə bilməyib.

Xatırladaq ki, bu komandalar arasında cavab görüşü iyulun 12-də Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun 
5 iyul

"Lex" (Poznan, Polşa) - "Qarabağ" 1:0 

Qol: Mikael İshak, 40.

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Dani Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 50. Adriel Ba Lua, 90. Artur Sobeh
Baş məşqçi: Con van den Brom

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Xose Luis Munuera, Pau Sebrian, Antonio Martines Moreno, Xorqe Fiqeroa Vaskes (hakimlər İspaniyadandır)
Poznan. "Poznan" stadionu  
   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X