21:54 19.04.2025 1993

MPL: "Sabah"dan əzmkar qələbə, "Azərbaycan derbisi"ni "Qarabağ" qazandı

Misli Premyer Liqasında 31-ci tur davam edir. 

Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən turun ikinci günündə daha 2 matç baş tutub.

Günün ilk görüşü Masazırda "Sabah"la "Səbail" arasında baş tutub. Paytaxt komandalarının dueli dramatik alınıb. Çempionatda 8 oyundur qələbə qazana bilməyən "Sabah"la son 10 turda 3 xala həsrət olan "Səbail"in görüşündə qapılara 5 qol vurulub. "Dənizçilər" hesabda iki dəfə önə keçsələr də, meydanı xalsız tərk ediblər.

Günə Azərbaycan derbisi ilə yekun vurulub. Son 14 mövsümdə çempionluğu heç kimə güzəştə getməyən komandaların - "Qarabağ"la "Neftçi"nin duelində sevinən tərəf son 8 görüşdə olduğu kimi, Qurban Qurbanovun komandası olub. Dörd ildir Ağdam təmsilçisinə qalib gəlməyən Samir Abasovun komandası bu dəfə də prinsipial rəqibinə ciddi müqavimət göstərə bilməyərək böyük hesabla uduzub. "Qarabağ"ın çempionluğunu bu turda elan etməsi "Zirə" - "Sumqayıt" görüşünün nəticəsindən asılıdır. Rəşad Sadıqovun komandası bazar günü büdrəsə, "köhlən atlar" "qızıl"ı erkən təmin edəcək.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" və "Turan Tovuz" hərəyə bir qol vurub bir xal əldə ediblər. Tura sabah "Şamaxı" - "Kəpəz" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.      

Misli Premyer Liqası
31-ci tur
19 aprel 

“Sabah” – “Səbail” 3:2 
Qol:
Sofian Çakla, 31. Dmitro Litvin, 82-öz qapısına. Coy Lens Mikels, 90+3  - İnnosent Nşuti, 21. Suleyman Alluş, 74.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov, Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bank Respublika Arena”.

"Sabah": 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 4. Sofian Çakla, 70. Cesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepiniça, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Till, 83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski

"Səbail": 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 83. Nihad Quliyev, 10. David Qomis (k), 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 91. Tural Mirsultanov, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 44. Amir Bilali, 4. Marko Nikoliç
Baş məşqçi: Elvin Məmmədov.

“Qarabağ” – “Neftçi” 3:0 
Qollar: 
Abdullah Zubir, 22. Yassin Benzia, 40-pen. Nəriman Axundzadə, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu, Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi": 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

Facebookdan bizi izləməyi unutmayın.
X