13:28 23.05.2025 1500

Premyer Liqada mövsümün 5 tapıntısı - Suma da belə deyildi

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan Premyer Liqasında 2024-2025 mövsümü başa çatmaqdadır. Konkret, çempionata bu həftəsonu, kuboka isə mayın sonuncu günü yekun vurulacaq. Əslində, tsiklə aid yeganə sual kubokun qalibinin kimliyi ilə bağlıdır. "Qarabağ" - "Sabah" qarşılaşmasının nəticəsi həm "ikinci cəbhə"nin güclüsünün adına aydınlıq gətirəcək, həm də avrokuboka yollanacaq son vəsiqə sahibinin kimliyinə işıq salacaq. "Sabah"ın şansı öz əlindədirsə, "Qarabağ" "qızıl dubl" etməklə, "Turan Tovuz"un Konfrans Liqasına yolunu açacaq.  

Mövsüm bir sıra məqamlarla yadda qaldı. Həmçinin, bəzi futbolçuların performansı göz oxşadı. Hansı ki, aralarında həm yerli, həm də əcnəbilər var. Bu yazıda mövsümdə parlaq çıxışı ilə diqqət çəkən futbolçulardan, Premyer Liqanın tapıntılarından danışacağıq.   

Ayxan Abasovun qusarlı tapıntısı...

2023-cü ilin yayında elitadan düşən, bir il sonra isə yenidən geri dönən "Şamaxı"nın bu mövsüm üçün başlıca məqsədi Premyer Liqada yerini qorumaqdan ibarət idi. Bölgə təmsilçisi bunu bacardı. Həm də gənc yerli oyunçulara üstünlük verməklə. Təsadüfi deyil ki, baş məşqçi Ayxan Abbasov məhz bu fəaliyyətinə görə U-21 millimizə təyinat aldı. 


"Şamaxı"da ulduzu parlayan oyunçulardan biri Edqar Adilxanovdur. 26 iyun 2005-ci ildə Qusarda anadan olan yarımmüdafiəçi futbola doğulub boya-başa çatdığı bölgədə başlasa da, daha sonra "Neftçi"nin akademiyasına qoşulub. Oradan "İnter" klubuna keçən Edqar 2023-cü ilin avqust ayında "Şamaxı"nın ("İnter"in xələfi) əsas komandasına cəlb olunub. Texniki bacarıqları ilə fərqlənən hücumameyilli yarımmüdafiəçi komandasının Birinci Liqada çempion olmasında əməyi keçənlərdəndir. 
Adilxanov 2024/2025 mövsümündə Premyer Liqada 24 oyuna çıxıb. O, meydana çıxdığı görüşlərdə 3 qol vurmağı bacarıb, 2 məhsuldar ötürmə müəllifi olub. Maraqlıdır ki, 19 yaşlı futbolçu 3 qoldan 2-ni "Sabah"ın qapısından keçirib. "Bayquşlar"la hər iki ev oyununda (3:1, 1:0) fərqlənən Edqar martın 9-da baş tutan görüşdə komandasına təkbaşına qələbə qazandırıb. Onun "Turan Tovuz"la ev oyunundakı qolu isə 2:3 hesablı məğlubiyyətdən xilas olmağa kifayət etməyib. 
Edqar Adilxanov Azərbaycanın U-17 və U-19 milli komandalarında çıxış edib. O, 2022-ci ildə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan və Türkiyə ilə oyunlarda gənclər millisinin heyətində yer alıb. Hazırda isə U-21 millimizin üzvüdür. 

"Sabah"ın milliyə qədər yüksələn Xəyalı... 

Mövsümü xilas etmək üçün "Qarabağ"la kubokda həlledici qarşılaşmaya köklənən "Sabah"ın ilk dəfə finala yüksəlməsində gənc Xəyal Əliyevin rolu qeyd olunmalıdır. O, mart ayında Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı keçirilən oyunda fərqlənərək komandasının 4:0 hesablı qələbəsində pay sahibi oldu. 
2024-cü ilin yanvarında “Sabah”ın əsas komandasına qoşulan, fevralda Premyer Liqada debüt edən 21 yaşlı vinger bu mövsümü xüsusilə uğurlu keçirir. Doğrudur, Xəyalın ulduzu yayda Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi Hayfa" ilə oyunda (3:0) rəqib qapısına qol vurduqdan sonra parlamağa başladı. O, israillilərlə ev oyununda (4:6) da bir məhsuldar ötürmə ilə diqqət çəkmişdi.


Artıq komandanın əsas heyət üzvlərindən birinə çevrilən futbolçu bu mövsüm ərzində Premyer Liqada 28 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "Şamaxı" və "Araz-Naxçıvan"la heç-heçə bitən (hər ikisi 2:2) oyunlarda qolla fərqlənməyi bacarıb.  
Məhz bu mövsümkü perpormansı sayəsində gənc futbolçu  Azərbaycan millisinə də dəvət aldı. O, 2025-ci ilin mart ayında Haiti ilə keçirilən yoldaşlıq oyununda 66-cı dəqiqədə meydana çıxaraq debüt etdi. Xəyal həmçinin, Belarusla keçirilən növbəti yoldaşlıq oyununda da heyətdə yer aldı. Bir sözlə, gənc yaşında olmasına baxmayaraq, Xəyal həm klubunda, həm də milli komandada göstərdiyi performansla diqqət çəkir.  

Debütantdan iddialı komandaya yüksələn fransalı...

"Şamaxı"da mövsümün tapıntılarından biri Brahim Konatedir. Əslində, fransalı yarımmüdafiəçidən bu performansı gözləmək mümkün idi. Onun karyerası, təcrübəsi çox şeydən xəbər verirdi. 29 yaşlı futbolçu karyerasına Fransa “Oser”ində başlayıb, tanınmış klubda 70-ə yaxın oyun keçirib. O, həmçinin vaxtilə Fransanın U-20 yığmasında çıxış edib, 2016-cı ildə gənclər yığmasında 6 oyun keçirib. Konatenin son klubu isə İsrailin “Hapoel" (Afula) klubu olub. 


Fransa və Mali vətəndaşlığı olan mərkəz yarımmüdafiəçi 2024-cü ilin iyul ayında "Şamaxı"ya qoşulub. O, Misli Premyer Liqada 29 oyunda 8 qol vuraraq 33 məhsuldar ötürmə müəllifi olub və komandasının elitada qalmasında əsas pay sahibi kimi yadda qaldı. Üstəlik, kubokda da keçirdiyi yeganə oyunda 1 qol vurmağa imkan tapdı. Təsadüfi deyil ki, parlaq oyunu ilə Premyer Liqanın iddialı klubunun diqqətini çəkdi. "Şamaxı" ilə müqaviləsinin müddəti bitən Konatenin ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" ilə anlaşdığı deyilir...   

Elçisi başının üstündə olan Salifu Suma...

"Zirə" bu mövsüm ən yaxşı iki komandadan biridir. Hətta bəziləri Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektivi ölkənin ən uğurlu, ən sabit komandası hesab edir. Bu mənada "Zirə"nin əsas ulduzu Salifu Sumanın "qartallar"a xidməti qeyd olunmalıdır.  
Əslində Suma Azərbaycan futbol ictimaiyyətinə ötən mövsümdən tanışdır. Azərbaycana 20 yaşında - 2023-cü ilin yayında gələn qvineyalı vinger potensialını məhz bu mövsüm tam göstərməyə başlayıb.
Əlavə edək ki, karyerasına Qvineyanın "Kalum" klubunda başlayan Suma daha sonra Fransanın "Bastiya" və "Havr" klublarında çıxış edib. Ölkəsinin U-23 yığmasında 5 oyun keçirərək 1 qol vurub.  


Suma "Zirə"də keçirdiyi müddət ərzində sürəti, texnikası və məhsuldar oyunu ilə diqqət çəkir. O, bu mövsüm çempionatda 33 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı futbolçu çempionatın ikinci qoleadorudur. Sumanın "qartallar"ın "Qarabağ" üzərində 3:2 hesablı qələbəsində 2 qolla əsas pay sahibi olması vurğulanmalıdır. 
Məhz "Zirə"dəki uğurlu çıxışı ilə bir sıra Avropa klublarının diqqətini cəlb edən Salifu Suma ilə Türkiyənin "Beşiktaş" və "Fənərbağça", Ukraynanın "Dinamo Kiyev", Rusiyanın "Spartak Moskva", Bolqarıstanın "Ludoqorets" və "MOİK Sofiya", eləcə də İngiltərənin "Preston North End" klublarının maraqlandığı bildirilir. Futbolçusuna hədsiz marağı görən "Zirə" onunla müqaviləsinin müddətini 2025-ci ilin fevralında daha iki il - 2027-ci ilin yayına qədər uzadıb. Onun bazar dəyəri 850 min avro olaraq qiymətləndirilir.  

Hədəfinə çatmayan "Neftçi"nin ümidi Ağadadaş...

"Neftçi" bu mövsüm hədəfinə çatmayıb avrokuboklardan uzaq qalsa da, əsasən gənc futbolçulara şans verməsi ilə diqqət çəkdi. Bu mənada Ağadadaş Salyanski xüsusilə qışdan sonra ümidləri doğrultdu. "Neftçi"nin yetirməsi olan 21 yaşlı forvard 2024/25 mövsümündə Premyer Liqada 18 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə ilə diqqət çəkib. Bundan başqa, bir neçə dəfə komanda yoldaşları üçün penalti qazandı. Çempionatda 8 oyunda start heyətində yer alan Ağadadaş Azərbaycan Kubokunda da 5 oyunda 2 qol vurmağı bacarıb. Salyanski gənc yaşına baxmayaraq, "Neftçi"nin hücum xəttində özünü göstərməkdədir və gələcəkdə Azərbaycan futbolunun perspektivli oyunçularından biri kimi dəyərləndirilir. Təsadüfi deyil ki, o, bu ilin yazında ilk dəfə milli komandaya da dəvət aldı.



...və digərləri

Başa çatmaqda olan mövsümdə özünü yaxşı tərəfdən göstərən bir neçə gəncin də adını çəkməyi özümüzə borc bilirik. Bu mənada növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Qəbələ"li Şahin Şahniyarov ilin əvvəlində milliyə 1-ci liqadan çağırılmaqla adından söz etdirib. Hansı ki, son 20 ildə belə hadisəyə təsadüf olunmamışdı. Daim aşağı dəstə oyunlarını da izləyən Santuş “Qəbələ”dən Şahin Şahniyarovu özü üçün kəşf edib. İlk dəfə əsas komandaya çağırılan 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, 25-də isə Belarusla keçirilən yoldaşlıq oyunlarında iştirak edib. Şahniyarov Belarusla matçda start heyətində yer alıb. Onun milliyə dəvət olunması, 1-ci liqada çıxış edən futbolçular üçün motivasiya mənbəyi olmaqla yanaşı, milli komandanın gənc və perspektivli oyunçulara verdiyi önəmin göstəricisidir. 
Şahinin bu gün başa çatacaq çempionatdakı göstəricilərinə gəlincə, o, cəmi 1 matçda meydana çıxmayıb. "Karvan"la 16-cı turun oyununu buraxan yarımmüdafiəçinin hesabında 3 qol var. O, bunlardan 2-ni "Mingəçevir"in (3-cü və 11-ci turlarda baş tutan və hər ikisində 2:0 qalib gəldikləri oyunlar), 1-ni isə "İmişli"nin (2:1) qapısından keçirib.  
Mövsümün gedişində diqqət mərkəzinə düşənlərdən biri də "Neftçi"nin gənc oyunçusu Murad Məmmədovdur. Mövsümün əvvəlində paytaxt klubunun əsas komandasına cəlb olunan 19 yaşlı vinger "ağ-qaralar"da oyunu ilə rəğbət oyada bilib. O, Premyer Liqadakı debüt ilində artıq 16 matça çıxıb və 1 qol vurub. Yarımmüdafiəçisinin 13-cü turda "Şamaxı"nın qapısına vurduğu həmin qol noyabr ayının ən yaxşı qolu seçilib. Murad həmçinin kubokda da keçirdiyi 5 görüşdə 1 dəfə fərqlənib. Gənc futbolçu 1/8 finalda "Difai"yə 6:0 qalib gəldikləri matçda vurulan qollardan birinin müəllifi olub.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

Facebookdan bizi izləməyi unutmayın.
X