
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Araz-Naxçıvan" ilk növbədə heyətini qorumağa çalışsa da, komandanı tərk edəcək ilk legionerin adı bilinir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi Sezar Meza Kolli ilə vidalaşıb.
İki gün əvvəl müqaviləsinin müddəti başa çatan paraqvaylı yarımmüdafiəçi ilə yeni anlaşmaya ehtiyac duyulmayıb. 33 yaşlı futbolçu Bakını birdəfəlik tərk edib.
Qeyd edək ki, Sezar ölkəmizdə 4 klubun şərəfini qoruyub. O, "Araz-Naxçıvan"dan başqa, "Keşlə" (indiki "Şamaxı"), "Neftçi" və "Zirə"də də forma geyib.
Mirağa