
Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış günündə 2 görüş baş tutub.
Əvvəlcə "İmişli" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edib. Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb. Hər iki komanda Premyer Liqaya xal itkisi ilə başlayıb. "İmişli" "Turan Tovuz"la oyunda son saniyələrdə qol buraxaraq uduzubsa, "Neftçi" "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.
Günün digər qarşılaşmasında isə son ölkə çempionu "Qarabağ"la "Sumqayıt" komandaları üz-üzə gəlib.Görüş "Sumqayıt"ın minimal hesablı qələbəsi ilə başa çatıb.Mövsümün ilk oyununa (ilk turda "Sabah"la görüş təxirə salınıb) çıxacaq ağdamlılardan fərqli olaraq, "gənclik şəhəri" təmsilçisi ilk turda "Kəpəz"i böyük hesabla (3:0) üstələyərək çempionata uğurlu start verib. "Azersun Arena"da baş tutacaq matçı Cavid Cəlilov idarə edib.
Qeyd edək ki, 2-ci turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
1-ci dövrə, 2-ci tur
22 avqust
“İmişli” – “Neftçi” 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 94. Rafael Vieqas 14. Ronaldo Rodriqes 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Junior
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 44. Həzrət İsayev 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaşkilya.
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 77. Falaye Sako 6. Sessi D Almeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 36. Həsən Mahmudov 14. Edvin Kuç 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.
19:30. “Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskez, 72.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı, Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azersun Arena”
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev , 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata
Baş məşqçi: Saşa İliç