
Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış günündə 2 görüş baş tutacaq.
Əvvəlcə "İmişli" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edib. Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb. Hər iki komanda Premyer Liqaya xal itkisi ilə başlayıb. "İmişli" "Turan Tovuz"la oyunda son saniyələrdə qol buraxaraq uduzubsa, "Neftçi" "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.
Matçın qısa icmalını təqdim edirik: