
Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki görüş keçirilib.
Günün ilk oyunu Qubada baş tutub Debütant "İmişli" "Sumqayıt"ı qəbul edib. Nominal meydan sahibi görüşdən minimal heaabla qalib ayrılıb. Mehdi Cənnətov topu öz qapısına göndərib. Bununla belə, meydana adı protokolda olmayan futbolçu buraxan "İmişli"yə texmiki məğlubiyyət veriləcəyi gözlənilir. Bu halla bağlı AFFA İntizam Komitəsi qərar vedəcək.
Günün ikinci oyununda isə "Turan Tovuz" "Qəbələ"ni sınağa çəkib. Kurban Berdiyevin baş məşqçisi olduğu qərb təmsilçisi Kaxaber Tsxadadzeli "qırmızı-qaralar"ı "Azərsun Arena"da minimal hesabla məğlub edib.
Qeyd edək ki, turun dünən keçirilən açılış oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 yenib, "Qarabağ"la "Zirə"nin duelində isə qalib müəyyənləşməyib - 1:1.
Tura sabah "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri ilə yekun vurulacaq.
Misli Premyer Liqası
1-ci dövrə, 4-cü tur
13 sentyabr
“İmişli” – “Sumqayıt” 1:0
Qol: Mehdi Cənnətov, 72-öz qapısına.
Qırmızı vərəqə: Rafael Vieqaş, 90+5.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev, Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr.
Baş məşqçi: Jorje Kaşkilya.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 25. Abdul Raşid.
Baş məşqçi: Saşa İliç.
“Turan Tovuz” – “Qəbələ” 1:0
Qol: Aleks Souza, 54
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Suraxanı. “Azərsun Arena”.
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 90. Joarlem Santos.
Baş məşqçi: Kurban Berdiyev.
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 7. Rüfət Əhmədov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare 70. Paulo Quimbila.
Baş məşqçi: Kaxaber Tsxadadze.