
Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə 2 görüş baş tutacaq.
Əvvəlcə Bakıda "qərb derbisi" baş tutacaq. "Turan Tovuz" "Kəpəz"i "Azersun Arena"da qonaq edəcək. Kurban Berdiyevin komandası baş məşqçisiz qalan Gəncə təmsilçisini məğlub edə bilsə, şərikli liderliyə yüksələcək. Müvəqqəti Xaliq Mərdanova tapşırılan "Kəpəz" isə ilk xal əzmindədir.
Günə, başqa sözlə, tura Masazırda yekun vurulacaq. Mərkəzi oyunda "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Saşa İliçin komandası üç oyunluq qələbəsiz (texniki məğlubiyyəti nəzərə almasaq) seriyaya son qoya bilsə, turnir cədvəlinin ilk pilləsinə yüksələ biləcək. "Sabah" isə qələbə sayəsində "gənclik şəhəri" təmsilçisi ilə xallarını bərabərləşdirəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə yenib, üç görüşdə ("İmişli" - "Zirə" 1:1, "Şamaxı" - "Araz-Naxçıvan", "Neftçi" - "Karvan-Yevlax" 0:0) isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
6-cı tur
28 sentyabr
16:30. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
"Azersun Arena".
19:00. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı, Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
"Bank Respublika Arena".