
Norveç millisinin ulduzu Erlinq Holand son iki qarşılaşmada 8 qol vuraraq inanılmaz performans göstərib.
Fanat.Az xəbər verir ki, bu nəticə ilə o, Braziliya millisinin hücumçusu Vinisius Juniorun milli karyerası ərzində 42 oyunda vurduğu ümumilikdə 8 qol həddinə cəmi 2 oyunda çatmağı bacarıb.
"Mançester Siti"nin ulduzu bu uğura Moldova (5 qol) və İsrail ilə (3qol) matçlarda nail olub.
25 yaşlı forvard belə davam etsə, Avropa futbol tarixinin ən məhsuldar hücumçularından biri olacaq.
Kamil Xudiyev