
Region Liqasında yeni mövsümün başlayacağı tarix dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2025/2026 mövsümü oktyabrın 18-də start götürəcək.
İlk turun oyunları ayın 18-19-da keçiriləcək.
Çempionatın püşkatma mərasimi isə bu gün baş tutacaq. Tədbir saat 15:00-da başlayacaq.
Xatırladaq ki, AFFA əvvəlcə püşkatma mərasimini 7 oktyabrda keçirməyi planlaşdırsa da, təşkilati səbəblərdən tədbir təxiurə salınmışdı.
Qeyd edək ki, ötən mövsüm Region Liqasında 54 komanda mübarizə aparıb. "Xankəndi" komandası bütün rəqiblərini qabaqlayaraq çempion olub və 2-ci Liqaya vəsiqə əldə edib.
Mirağa