
"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov Pro kateqoriyalı məşqçi kursları çərçivəsində Niderlandın "Tvente" klubunda təcrübədə olub.
Fanat.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.
36 yaşlı mütəxəssis səfər çərçivəsində həm "Tvente"nin əsas komandasının, həm də akademiyanın məşqlərini izləyib.
O, klubun bir sıra rəsmiləri – komandanın baş məşqçisi Con van den Brom, "Tvente"nin inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Vaqif Cavadov futbolçu kimi 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.