
Asiyada "İlin futbolçusu" mükafatının sahibi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada PSJ-nin futbolçusu Li Kan İn layiq görülüb.
Məlumatı Asiya Futbol Konfederasiyasının rəsmi saytı yayıb.
Cənubi Koreya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Li Kan İn Paris nəhənginin heyətində Çempionlar Liqası, Fransa çempionatının (Liqa 1), Fransa Kubokunun və Fransa Superkubokunun qalibi olub.