
Şotlandiyanın “Reyncers” klubu yeni baş məşqçisinin təyinatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Danni Röl komandanın sükanı arxasına gətirilib.
Bu barədə “Reyncers”in mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə iki il yarımlıq anlaşma imzalanıb.
Gənc məşqçi son olaraq "Şeffild Uensdey"də çalışıb. O, köməkçi məşqçi kimi daha çox təcrübəyə malikdir. Danni "Leypsiq" və "Sauthempton"da, həmçinin "Bayern Münhen"də və Almaniya millisində çalışıb.
"Reyncers" hazırda Şotlandiya Premyer Liqasında altıncı yerdədir. Komanda Avropa Liqasında qrup mərhələsinin ilk iki oyununda "Genk"ə (0:1) və "Şturm"a (1:2) məğlub olub.
Mirağa