15:12 04.11.2025 510

Məhsuldar ötürmələrin sayı 100-ə çatdı - STATİSTİKA

Misli Premyer Liqasında 10-cu tura yekun vurulub. Son turda qapılara 22 qol vurulub. Bu da cari mövsümdə ikinci ən bol qollu tur olub. 
Əvvəlki turlar üzrə məhsuldarlıq belədir: 1-ci tur - 10 qol, 2-ci tur - 15, 3-cü tur - 14, 4-cü tur - 8 ("İmişli" - "Sumqayıt" oyunundakı texniki nəticə nəzərə alınmır), 5-ci tur - 18, 6-cı tur - 11, 7-ci tur - 13, 8-ci tur - 24, 9-cu tur - 13. 

10 tur ərzində 59 oyun ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) keçirilib və 148 qol qeydə alınıb. Bu da hər oyuna təxminən 2,51 qol deməkdir. 

Fanat.Az-ın hesablamasına görə, son turda ümumilikdə 17 futbolçu məhsuldar ötürmə ilə yadda qalıb. "Araz-Naxçıvan"lı gənc futbolçu Mustafa Əhmədzadə 2 qolda pay sahibi olub. 

Hesabat turunda 7 futbolçu asistlərinin sayını artıra bilib. Söhbət Rüstəm Əhmədzadə ("Sumqayıt"), Junior Martins ("Zirə"), Abdullah Zubir ("Qarabağ"), Qismət Alıyev ("Zirə"), Enrike Silva ("Turan Tovuz"), Timoteuş Puxaç ("Sabah") və Luis Ortisdən ("Neftçi") gedir. Onların hər biri bu mövsüm 2-ci dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıblar. Nəticədə 2 məhsuldar ötürmə müəlliflərinin sayı 17-yə çatıb.
Beləliklə, hesabında 4 assist olan "Araz-Naxçıvan"lı forvard Felipe Santos liderliyini qoruyub. Abdulaye Şuaybu, Luis Silvester ilə İmad Faraj hərəyə 3 məhsuldar ötürmə ilə 2-3-cü yerləri bölüşürlər. 

Ümumilikdə, 10 tur ərzində vurulan 148 qoldan 100-nə 74 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

1. Felipe Santos ("Araz-Naxçıvan") - 4
2. İmad Faraj ("Neftçi") - 3
3. Luis Silvester ("İmişli") - 3
4. Abdulaye Şuaybu ("Şamaxı") - 3
5. Dani Bolt ("Qarabağ") - 2
6. Rüfət Abbasov ("Şamaxı") - 2
7. Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 2
8. Namik Ələsgərov ("Zirə") - 2
9. Kadi Borges ("Qarabağ") - 2
10. Toral Bayramov ("Qarabağ") - 2
11. Xayme Syerra ("Qəbələ") - 2
12. Enrike Kustadio (Turan Tovuz) - 2
13. Roberto Olabe ("Turan Tovuz") - 2
14. Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") - 2
15. Rüstəm Əhmədzadə ("Sumqayıt") - 2
16. Junior Martins ("Zirə") - 2
17. Abdullah Zubir ("Qarabağ") - 2
18. Qismət Alıyev ("Zirə") - 2
19. Enrike Silva ("Turan Tovuz") - 2
20. Timoteuş Puxaç ("Sabah") - 2 
21. Luis Ortisdən ("Neftçi") - 2

10 tur ərzində assistentlik edən futbolçular:

1-ci tur

"İmişli" - "Turan Tovuz": Veysəl Rzayev ("Turan Tovuz") 
"Karvan-Yevlax" - "Qəbələ": Şahin Şahniyarov ("Qəbələ")
"Sumqayıt" - "Kəpəz": Abdul Raşid ("Sumqayıt")
"Sumqayıt" - "Kəpəz": Rüstəm Əhmədzadə ("Sumqayıt")
"Sumqayıt" - "Kəpəz": Ronaldo ("Sumqayıt")
"Zirə" - "Araz-Naxçıvan": İssuf Paro ("Araz-Naxçıvan")    

2-ci tur

"Şamaxı" - "Sabah": Rəhman Daşdəmirov ("Sabah")
"Şamaxı" - "Sabah": Stiv Solvet ("Sabah")
"Şamaxı" - "Sabah": Rüfət Abbasov ("Şamaxı")
"Kəpəz" - "Karvan-Yevlax": Mahamadu Ba ("Kəpəz")
"Kəpəz" - "Karvan-Yevlax": Coy-Sleyd Mikels ("Karvan")
"Turan Tovuz" - "Araz-Naxçıvan": Roderik Miller ("Turan Tovuz")
"Turan Tovuz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan")
"Turan Tovuz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan")
"Qəbələ" - "Zirə": Junior Martins ("Zirə")

3-cü tur

"Sumqayıt" - "Şamaxı": Abdulaye Şuaybu ("Şamaxı")
"Zirə" - "Kəpəz": İssa Cibrila ("Zirə")
"Zirə" - "Kəpəz": Namik Ələsgərov ("Zirə")
"Sabah" - "İmişli": Dioqu Almeyda ("İmişli")
"Karvan-Yevlax" - "Qarabağ": Kadi ("Qarabağ")
"Araz-Naxçıvan" - "Qəbələ": Felipe Santos ("Araz-Naxçıvan")
"Neftçi" - "Turan Tovuz": Enrike Silva ("Turan Tovuz")

4-cü tur

"Kəpəz" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan")
"Kəpəz" - "Araz-Naxçıvan": Ba-Muaka Simakala ("Araz-Naxçıvan")
"Şamaxı" - "Karvan-Yevlax": Rüfət Abbasov ("Şamaxı") 
"Şamaxı" - "Karvan-Yevlax": Abdulaye Şuaybu ("Şamaxı") - 2

5-ci tur

"Karvan-Yevlax" - "İmişli": Luis Silvestr ("İmişli")
"Karvan-Yevlax" - "İmişli": Həzrət İsayev ("İmişli")
"Karvan-Yevlax" - "İmişli": İdris İnqilablı ("İmişli")
"Zirə" - "Şamaxı": Arsen Ağcabəyov ("Şamaxı")
"Zirə" - "Şamaxı": Namik Ələsgərov ("Zirə")
"Zirə" - "Şamaxı": Qismət Alıyev ("Zirə")
"Qəbələ" - "Kəpəz": Xayme Syerra ("Qəbələ")
"Qəbələ" - "Kəpəz": Adriel Ba Lua ("Qəbələ")
"Sabah" - "Turan Tovuz": Kahim Parris ("Sabah") 
"Araz-Naxçıvan" - "Qarabağ": Kadi Borges ("Qarabağ")
"Araz-Naxçıvan" - "Qarabağ": Toral Bayramov ("Qarabağ")
"Araz-Naxçıvan" - "Qarabağ": Abdullah Zubir ("Qarabağ") 
"Sumqayıt" - "Neftçi": İmad Faraj ("Neftçi")
"Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi")

6-cı tur

"Sabah" - "Sumqayıt": Velko Simiç    ("Sabah")
"Sabah" - "Sumqayıt": Aleksa Yankoviç ("Sumqayıt")
"Turan Tovuz" - "Kəpəz": Roberto Olabe ("Turan Tovuz") 
"Turan Tovuz" - "Kəpəz": Faiq Hacıyev ("Turan Tovuz") 
"Turan Tovuz" - "Kəpəz": Aleks Souza ("Turan Tovuz") 
"Qarabağ" - "Qəbələ": Elvin Cəfərquliyev ("Qarabağ")
"Qarabağ" - "Qəbələ": Dani Bolt ("Qarabağ")

7-ci tur

"Sumqayıt" - "Turan Tovuz": Xorxe Silva ("Turan Tovuz")
"Sumqayıt" - "Turan Tovuz": Joarlem Santos ("Turan Tovuz")
"Sumqayıt" - "Turan Tovuz": Xəyal Nəcəfov ("Turan Tovuz")
"Zirə" - "Neftçi": Enrike Kustodio ("Zirə")
"Zirə" - "Neftçi": İmad Faraj ("Neftçi")
"Zirə" - "Neftçi": Alessio Kurçi ("Neftçi")
"Araz-Naxçıvan" - "İmişli": Urfan Abbasov ("Araz-Naxçıvan")
"Qarabağ" - "Kəpəz": Toral Bayramov ("Qarabağ")

8-ci tur

"İmişli" - "Qəbələ": Xayme Syerra ("Qəbələ")
"İmişli" - "Qəbələ": Domi Massumo ("Qəbələ")
"İmişli" - "Qəbələ": Luis Silvester ("İmişli") - 2
"Turan Tovuz" - "Qarabağ": Dani Bolt ("Qarabağ")
"Turan Tovuz" - "Qarabağ": Kamilo Duran ("Qarabağ")
"Neftçi" - "Araz-Naxçıvan": İmad Faraj ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Felipe Santos ("Araz-Naxçıvan")
"Neftçi" - "Araz-Naxçıvan": Sessi Dalmeyda ("Neftçi")
"Sabah" - "Zirə": Umarali Raxmonaliyev ("Sabah")
"Sabah" - "Zirə": Xəyal Əliyev ("Sabah")
"Sabah" - "Zirə": Aron Maluda ("Sabah")
"Sumqayıt" - "Karvan-Yevlax": Roi Kehart ("Sumqayıt")
"Şamaxı" - "Kəpəz": Məqsəd İsayev ("Kəpəz")
"Şamaxı" - "Kəpəz": Fərid Nəbiyev ("Kəpəz")

9-cu tur

"Qəbələ" - "Neftçi": Vensan Abubakar ("Neftçi")
"Qəbələ" - "Neftçi": Luis Ortis ("Neftçi")
"Zirə" - "Sumqayıt": Enrike Kustodio ("Zirə")
"Araz-Naxçıvan" - "Sabah": Timoteuş Puxaç ("Sabah")
"Araz-Naxçıvan" - "Sabah": Patrik Andrade ("Araz-Naxçıvan")
"Kəpəz" - "İmişli": Abbas Ağazadə ("İmişli")
"Kəpəz" - "İmişli": Dioqo Rollo ("İmişli")
"Kəpəz" - "İmişli": Xəzər Mahmudov ("İmişli")
"Karvan-Yevlax" - "Turan Tovuz: Kayl Spens ("Karvan-Yevlax")
"Karvan-Yevlax" - "Turan Tovuz: Roberto Olabe ("Turan Tovuz")
"Karvan-Yevlax" - "Turan Tovuz: Enrike Silva ("Turan Tovuz")

10-cu tur

"Turan Tovuz" - "Şamaxı": Enrike Silva ("Turan Tovuz") 
"Sabah" - "Qəbələ": Timoteuş Puxaç ("Sabah") 
"Qarabağ" - "İmişli": Leandro Andrade ("Qarabağ")
"Qarabağ" - "İmişli": Abdullah Zubir ("Qarabağ")
"Karvan-Yevlax" - "Zirə": Elçin Əlicanov ("Zirə")
"Karvan-Yevlax" - "Zirə": Qismət Alıyev ("Zirə")
"Karvan-Yevlax" - "Zirə": Junior Martins ("Zirə")
"Karvan-Yevlax" - "Zirə": Samuel Durrant ("Karvan-Yevlax")
"Neftçi" - "Kəpəz": İfeanyu Metyu ("Neftçi")
"Neftçi" - "Kəpəz": Rauf Hüseynli ("Kəpəz)
"Neftçi" - "Kəpəz": Emil Səfərov ("Neftçi")
"Neftçi" - "Kəpəz": Falaye Sako ("Neftçi")
"Neftçi" - "Kəpəz": Luis Ortis ("Neftçi")
"Sumqayıt" - "Araz-Naxçıvan": Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") - 2
"Sumqayıt" - "Araz-Naxçıvan": Aleksandr Ramalinqom ("Sumqayıt")
"Sumqayıt" - "Araz-Naxçıvan": Nikola Ninkoviç ("Sumqayıt")
"Sumqayıt" - "Araz-Naxçıvan": Rüstəm Əhmədzadə ("Sumqayıt")

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X