
Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk günündə iki qarşılaşma baş tutub.
“Turan Tovuz” Bakıda I Liqa təmsilçisi “Şahdağ Qusar” ilə üz-üzə gəlib. Qərb təmsilçisi çətinliklə də olsa, adını 1/4 finala yazdırıb. Kurban Berdiyevin komandasının növbəti mərhələdəki rəqibi "Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi olacaq.
Matçın geniş icmalını təqdim edirik.