
"Zirə" klubunun gənclər komandasında baş məşqçi ayrılığı reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartallar"ın 19 yaşadək futbolçulardan ibarət komandasının çalışdırıcısı Seymur Şəbiyev postundan istefa verib.
O, öz istəyi ilə komandadan gedib.
AFFA Gənclər Liqasında yarışan "Zirə"nin U-19-u 12 turdan sonra 30 xalla hazırda 2-ci pillədədir. Qəsəbə təmsilçisi lider "Sabah"dan cəmi 1 xal geri qalır. Komanda qış fasiləsindən sonra ilk oyununu bu həftəsonu "Şamaxı"ya qarşı keçirəcək.
Mirağa