
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq kumiri ilə bağlı sualları cavablandırıb.
Fanat.Az xəbər verir ki, "El Mundo Deportivo" 28 yaşlı niderlandlı futbolçunun dediklərini belə təqdim edib:
"Leo Messi həmişə mənim kumirim olub. Ondan sonra nümunə götürəcəyim bir insan yoxdur".
Frenki de Yonq "Barselona"ya 2019-cu ilin ortalarında Amsterdamın "Ayaks" klubundan keçib. Lionel Messi iki il sonra Kataloniya superklubundan ayrılıb. 38 yaşlı argentinalı hazırda "İnter Mayami"də oynayır.
De Yonq 2025/26 mövsümündə 34 oyunda iştirak edib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin kataloniyalılarla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Mirağa