
Misli Premyer Liqasının qalibi "Sabah"ın mükafatlandırılacağı tarix müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası bu barədə məlumat yayıb.
Bildirilib ki, 32-ci turu çərçivəsində 17 may saat 18:00-da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Turnirin qalibi adını qazanmış “Sabah” futbol klubuna çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.