
İngiltərə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bununla da ingilislər 22 illik həsrətə son qoyublar.
Belə ki, sözügedən yığma 22 ildən sonra ilk dəfə olaraq mundial zamanı FİFA reytinqinin ilk "15-liy"ində yer alan rəqibini məğlub edə bilib. Xorvatiya hazırda 11-ci yerdədir.
2002-ci ildə komanda qrup mərhələsində Devid Bekhemin penalti qolu sayəsində Argentinanı 1:0 hesabı ilə üstələmişdi. O vaxt Argentina reytinq sıralamasına görə üçüncü yerdə idi.
Bu iki oyun arasında İngiltərə DÇ-də ilk 15 rəqibinə qarşı doqquz oyun keçirib: iki heç-heçə və yeddi məğlubiyyət.