
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya ilə oyundan əvvəl gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "O Jogo" ispaniyalı çalışdırıcının fikirlərini belə təqdim edib:
"Xorvatiya həmişə yaxşı oynayır. Topu saxlamağı sevən, bacarıqlı oyunçuları olan, texniki cəhətdən sağlam bir komandadır. İngiltərəyə qarşı oyunda çox yüksək təzyiq göstərməyə çalışdılar və daha praqmatik bir komandaya çevrildilər. Onlarla oyunda topa nəzarət etmək bacarığı vacib olacaq. Heç bir sürpriz yoxdur, komandalar bir-birini yaxşı tanıyırlar.
"Bu, Modriç və Ronaldunun milli komandaları ilə vida oyunu ola bilərmi? Onlar əfsanədirlər və belə nümunəvi fiqurların olması vacibdir. Ümid edək ki, bu , Ronaldunun son rəqsi deyil".
Portuqaliya və Xorvatiya milli komandaları arasında oyun iyulun 3-də Bakı vaxtı ilə saat 03:00-da baş tutacaq.
Mirağa