
Vurduğu 7 qolla Norveç yığmasını dünya çempionatının 1/4 finalına daşıyan Erlinq Holann öz oyunu ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Fanat.Az "The Sun" qəzetinə istinadən xəbər verir ki, Erlinq gündə 6 dəfə qidalanır və 6000 kalori qəbul edir.
25 yaşlı futbolçu toyuq əti, steyk, balıq, yumurta, makaron, tərəvəz, içalat, çiy süd və bal istehlak edir.
O, həmçinin, yuxusuna da xüsusi diqqət yetirir və bunu dünyada ən vacib amil hesab edir.
Ulduz forvard yuxuya gedərkən mavi işığı bloklayan eynəklərdən istifadə edir və yuxu zamanı yalnız burunla nəfəs almasını təmin etmək üçün dodaqlarını lentlə bağlayır.
Bundan əlavə, Holann hər gün 300 dəfə omba əzələləri üçün məşq və ümumilikdə 1000 dəfə qarın əzələləri üçün məşq edir.
O, hər gün buzlu vanna qəbul etməklə və saunadan istifadə etməklə bədənini formada saxlayır.
Qeyd edək ki, Erlinq dünya çempionatında 7 qol vuraraq ən çox qol vuranların yarışında 3-cü yerdə qərarlaşıb.
Əlisahib İbrahimli